“Turan Tovuz” Antalyada təlim-məşq toplanışı keçirəcək
25.12.2024 - 09:55
![“Turan Tovuz” Antalyada təlim-məşq toplanışı keçirəcək](https://ww3.apasport.az/storage/news/2024/december/25/big/676b9d89996e7676b9d89996e81735105929676b9d89996e5676b9d89996e6.jpeg)
“Turan Tovuz”un qış hazırlıq planı bəlli olub.
Apasport.az xəbər verir ki, mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə komanda yanvarın 4-də Antalyaya yollanacaq. Kemer bölgəsindəki “Sherwood Exclusive” otelində məskunlaşacaq “Turan Tovuz” ayın 13-dək burada hazırlığını davam etdirəcək. Baş məşqçi Kurban Berdıyev hazırlıq çərçivəsində 2 yoxlama oyununda komandanı sınaqdan keçirəcək.
Təlim-məşq toplanışı çərçivəsində keçiriləcək yoxlama oyunları haqda əlavə məlumat veriləcək.
0
0