“Turan Tovuz” azarkeşlərindən etiraz aksiyası
25.08.2026 - 18:50
“Turan Tovuz” azarkeşlərindən etiraz aksiyası

“Turan Tovuz” azarkeşləri Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun açıqlamasından sonra sosial şəbəkələrdə etiraz aksiyasına başlayıblar.

Apasport.az xəbər verir ki, azarkeşlər paylaşım edərək “Turan Tovuz” – “Şamaxı” oyununda yaşanan məlum epizodla bağlı obyektiv qərarın verilmədiyini düşündüklərini bildirirlər.

Onlar mübahisəli epizodla bağlı daha aydın və ədalətli yanaşma tələb edirlər.