"Turan Tovuz" Azərbaycan çempionatında yubiley qolunu vurub
24.11.2025 - 12:16
"Turan Tovuz" Azərbaycan çempionatlarının yüksək dəstəsində yubiley qolunu vurub.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XII turuna təsadüf edib.
"Araz-Naxçıvan"la səfər görüşündə (1:1) fərqlənən Ayxan Hüseynov 150-ci qolun müəllifi olub.
Tovuz təmsilçisi 150-ci qolu 120-ci matçda vurub. Qərb klubu evdə 83, səfərdə 67 dəfə fərqlənib.
Qeyd edək ki, Misli Premyer Liqasında debütü 2022/2023 mövsümünə təsadüf edən "Turan Tovuz"un ilk qolunu 2022-ci il avqustun 13-də, "Səbail"lə səfər qarşılaşmasında (1:0) Natan Oduva vurub.
- Ramin Quliyev: "Kapitanlıq sarğısının Emin Mahmudovdan alınması yanlış idi" - Müsahibə
- Ronaldodan Ərəbistanda ilk cərimə zərbəsi qolu - VİDEO
- “Qarabağ”ın maraqlandığı futbolçuya Qazaxıstandan təklif
- Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Avropa Kubokuna təyinat alıblar
- “Marsel”in yeni transferi zədələndi
0
0