“Turan Tovuz” kapitanı ilə müqavilə yenilədi
05.06.2024 - 09:21
![“Turan Tovuz” kapitanı ilə müqavilə yenilədi](https://ww3.apasport.az/storage/news/2024/june/05/big/665ff37197943665ff371979441717564273665ff37197941665ff37197942.jpeg)
"Turan Tovuz" klubu müdafiəçi Şəhriyar Əliyevlə müqavilə müddətini uzadıb.
Apasport.az qərb təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə 1+1 illik yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, komandanın kapitanlarından olan Ş.Əliyev tovuzluların heyətinə 2022-ci ildə qoşulub.
0
0