“Turan Tovuz” Polşa klubuna qarşı
17.01.2026 - 10:14
Mövsümün ikinci hissəsinə Türkiyədə hazırlaşan “Turan Tovuz” bu gün ilk yoxlama oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, komanda Polşa təmsilçisi “Poqon”la qarşılaşacaq.
Görüşün startı Bakı vaxtı ilə saat 17:00-a təyin olunub.
Qeyd edək ki, “Turan Tovuz”un daha əvvəl Rumıniya təmsilçisi “Hermanştadt”la keçirməli olduğu yoxlama oyunu ləğv edilib.
0
0