“Turan Tovuz” - “Qarabağ” matçının biletləri satışda
30.10.2024 - 16:51
Misli Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək “Turan Tovuz” - “Qarabağ” oyununun biletləri satışa çıxıb.
Apasport.az xəbər verir ki, azarkeşlər biletləri bu gündən etibarən Tovuz stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərlər.
2 AZN-lik biletlərlə yanaşı, məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Qeyd edək ki, “Turan Tovuz” - “Qarabağ” matçı 1 noyabr tarixində, saat 18:30-da Tovuz şəhər stadionunda baş tutacaq.
- Azərbaycan millisinin insult keçirən sabiq futbolçusunun son durumu bəlli olub
- “Neftçi”nin qapıçısı Azərbaycan çempionatlarında 100-cü matçını keçirib
- "Sumqayıt" və "Şamaxı"nın baş məşqçiləri cəzalandırılıb
- Kuboku "Çelsi"yə Donald Tramp təqdim etdi - FOTO
- Azərbaycan cüdo yığması Linzdəki Qran-Pri turnirində 7 idmançı ilə təmsil olunacaq
0
0