“Turan Tovuz” – “Sabah” matçının biletləri satışdadır
21.11.2024 - 13:15
![“Turan Tovuz” – “Sabah” matçının biletləri satışdadır](https://ww3.apasport.az/storage/news/2024/november/21/big/673ef60de5106673ef60de51071732179469673ef60de5104673ef60de5105.jpg)
Premyer Liqanın XIV turunun “Turan Tovuz” – “Sabah” oyununun biletləri satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz.
2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Oyun 24 noyabr tarixində, saat 17:00-da Tovuz şəhər stadionunda baş tutacaq.
0
0