“Turan Tovuz” Türkiyədə məğlub olub
12.01.2025 - 20:49
![“Turan Tovuz” Türkiyədə məğlub olub](https://ww3.apasport.az/storage/news/2025/january/12/big/6783f2ecba3d16783f2ecba3d217367006526783f2ecba3c56783f2ecba3d0.jpeg)
“Turan Tovuz” bu gün Türkiyədə ikinci yoxlama oyununu keçirib.
Apasport.az xəbər verir ki, Kurban Berdıyevin komandası Özbəkistanın “Paxtakor” klubu ilə qarşılaşıb.
Bakı vaxtı ilə saat 18:00-da başlayan oyunda Qərb təmsilçimiz rəqibinə 0:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, yanvarın 9-da ilk sınaq oyununu Rumıniyanın “Qloriya” (Buzeu) komandasına qarşı keçirən “Turan Tovuz” 0:2 hesabı ilə uduzub.
Yoxlama oyunu
12 yanvar
18:00. “Turan Tovuz” – “Paxtakor” (Özbəkistan) - 0:2
0
0