“Turan Tovuz”dan 50-ci qələbə
10.03.2026 - 10:47
“Turan Tovuz” Premyer Liqada 50-ci qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, Qərb təmsilçisinin yubileyi Misli Premyer Liqasının XXIII turuna təsadüf edib. Tovuz klubu səfərdə “Neftçi”yə qalib gəlib – 1:0.
50-ci qələbə 131-ci matçda əldə olunub. “Turan Tovuz” evdə 26, səfərdə 24 dəfə üç xala sevinib. Qərblilər turnirin tarixində ən azı 50 qələbə qazanan 26-cı komanda olub.
Qeyd edək ki, 2022/23 mövsümündən Premyer Liqada çıxış edən “Turan Tovuz” ilk qələbəsini 2022-ci il avqustun 13-də “Səbail”lə səfər matçında əldə edib – 1:0.
- "Qarabağ"ın matçından öncə konsert keçiriləcək
- Klublararası DÇ-nin yeni kuboku ictimaiyyətə təqdim olundu
- Emin İmaməliyev: "Qarabağ”ın hücumçuya ehtiyacı varsa, onlar bunu reallaşdıracaq"
- "Bavariya"nın 44 illik DÇ seriyası bitdi - "İnter" davam edir
- “Yuventus” səfərdə uduzdu, “İnter” və “Napoli” minimal hesabla qalib gəldi
0
0