“Turan Tovuz”dan hakim qərarlarına etiraz - “Təmiz futbol, ədalətli qərarlar tələb edirik!” - VİDEO
23.08.2026 - 22:05
“Turan Tovuz”dan hakim qərarlarına etiraz - “Təmiz futbol, ədalətli qərarlar tələb edirik!”  - VİDEO

Misli Premyer Liqasının II turunda “Şamaxı” ilə 0:0 hesablı heç-heçədən sonra “Turan Tovuz”un mətbuat xidməti hakimliklə bağlı paylaşım edib.

Apasport.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisi qarşılaşmada baş verən epizodlardan birində verilən qərara etirazını bildirib:

“Stadionda olan 4800 azarkeşin, ekranlar qarşısında minlərlə tamaşaçının gördüyünü baş hakim görmədi.

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun epizodla bağlı şərhini səbirsizliklə gözləyirik. Hər zaman qeyd etdiyimiz kimi, təmiz futbol, ədalətli qərarlar tələb edirik!”