“Turan Tovuz”dan Runiyə yeni təklif
11.05.2023 - 17:11
"Turan Tovuz"un futbolçusu Runi Eva Premyer Liqanın digər klublarının transfer hədəfinə çevrilib.
Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçunu heyətində görmək istəyən klublardan biri "Qəbələ"dir.
Lakin qərblilər də kamerunlu legionerini heyətində saxlamaq fikrindədir. Baş məşqçi Ayxan Abbasov forvardı yeni mövsümdə də sərəncamında görmək istəyir.
“Turan Tovuz” Runi ilə müqaviləni uzatmağa qərar verib. Artıq futbolçuya yeni anlaşma da təklif olunub. Eva mövsümün sonunda başa çatacaq müqavilənin yenilənməsi ilə bağlı qərarını çempionat yekunlaşdıqdan sonra verəcək.
- "Qalatasaray"ın yeni transferi İstanbula gəlib
- III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas keçirilib
- Zaur Bayramov: "Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidir"
- "Mançester Yunayted"dən vacib qələbə - 3-cü pillə
- Milli Paralimpiya Komitəsi və Badminton Federasiyası "Parabadminton Günü" təşkil edəcək
0
0