"Turan Tovuz"un futbolçusu əməliyyat olunub
24.12.2024 - 13:56
!["Turan Tovuz"un futbolçusu əməliyyat olunub](https://ww3.apasport.az/storage/news/2024/december/24/big/676a843f44342676a843f443431735033919676a843f44340676a843f44341.jpg)
"Turan Tovuz" klubunun futbolçusu Faiq Hacıyev əməliyyat olunub.
Apasport.az xəbər verir ki, sol qasıq kanalında yırtıq diaqnozu qoyulan futbolçunun əməliyyatı uğurlu keçib.
İstanbulda baş tutan əməliyyatdan 2 gün sonra futbolçu ev şəraitində müalicəyə buraxılacaq. O, həkimlərin rəyindən asılı olaraq təxminən bir həftə sonra fərdi məşqlərə başlaya biləcək.
0
0