“Turan Tovuz”un futbolçusunun ayağı sındı
03.12.2024 - 19:35
“Turan Tovuz”un heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın futbolçusu Denis Marandiçi ciddi xəsarət alıb.
O, Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Sabah”la matçında sıradan çıxıb. Pavol Şafranko ilə mübarizədə ayağına zərbə alan Marandiçinin ayağı sınıb.
Futbolçu təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Qeyd edək ki, 120 dəqiqəsi 2:2 bitən matçın penaltilər seriyasında Tovuz təmsilçisini məğlub edən "Sabah" 1/4 final mərhələsinə vəsiqə qazanıb.
- III MDB Oyunları: Azərbaycan badmintonçusu finalda
- "Hull"un rəqibi bəlli oldu: "Sauthempton" finalda
- Adil Şükürov: “Bizim işimiz komandanı Premyer Liqada saxlamaqdır”
- “Qarabağ”ın yeni tərəfdaşı: “IL’AZERO” özündən böyük brendlərin sinəsində daşınmağın fəxrini yaşayır”
- "Neftçi"ni avrokuboklarda gözləyən rəqiblər: GENİŞ SİYAHI
0
0