“Turan Tovuz”un Türkiyədəki növbəti rəqibi bəlli oldu
29.07.2026 - 23:11
Yeni mövsümə Türkiyədə hazırlaşan “Turan Tovuz”un yoxlama oyunundakı növbəti rəqibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv Türkiyənin “Iğdır” klubu ilə qarşılaşacaq.
Görüş iyulun 31-də keçiriləcək.
Qeyd edək ki, “Turan Tovuz” Türkiyə toplanışı çərçivəsində daha əvvəl iki yoxlama oyunu keçirib. Qərb bölgəsi təmsilçisi İranın U-21 millisi və “Fatih Karagümrük”lə qarşılaşıb. Hər iki matç 1:1 hesabı ilə başa çatıb.
- UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub
- "Yunayted" Kazemironun əvəzləyicisini tapdı
- "Xankəndi" "Qarabağ"ın sabiq futbolçusu ilə güclənib
- “FIFA series” turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq
- Azərbaycan Prezidenti: “Bütün dünya idmançılarımızın gücünü gördü”
0
0