“Turan Tovuz”un yay hazırlıq planı BƏLLİ OLDU
28.06.2026 - 22:35
“Turan Tovuz”un yay hazırlıq planı BƏLLİ OLDU

“Turan Tovuz”un yay hazırlıq planı bəlli olub.

Apasport.az xəbər verir ki, komanda iyulun 4-də təlim-məşq toplanışının ilk mərhələsinə start verəcək.

Hazırlığın 2 həftəlik birinci mərhələsi Ankaranın Qızılcahamam bölgəsində baş tutacaq.

Türkiyə toplanışının ikinci mərəhələsi isə Boluda həyata keçiriləcək.

Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək.

Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək.