Türkiyə klubunun avtobusu aşdı, 6 nəfər yaralandı
15.10.2022 - 13:40
Türkiyə I Liqa təmsilçisi “Dənizlispor” xoşagəlməz hadisə ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, komandanın oyunçularını daşıyan mikroavtobus aşıb.
Çempionatın ötən turunda dünən səfərdə “Boluspor”a 0:3 hesabı ilə uduzan komanda qarşılaşmanın ardından Dənizliyə qayıdarkən hadisə baş verib. Qəza nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dərhal xəstəxanaya çatdırılan həmin şəxslərin həyati təhlükəsinin olmadığı açıqlanıb.
Qeyd edək ki, “Dənizlispor” hazırda 2 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.
- Şahruddin Məhəmmədəliyev: "Avropa Liqasında “Qarabağ”ın məğlub edə bilməyəcəyi komanda yoxdur" - Müsahibə
- AFFA-nın yığmaya cəlb etmək istədiyi futbolçu Rusiya millisində
- Millimiz beynəlxalq turnirdə birinci yeri tutub
- "Qalatasaray" - "Fənərbaxça" derbisinin hakimi bəlli olub
- Premyer Liqa: “Yunayted”dən minimalhesablı qələbə
0
0