Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
27.01.2026 - 17:53
Türkiyənin kamandan oxatma millisinin baş məşqçisi və "World Archery" məşqçilər komissiyasının sədri Göktuğ Ergin Bakıda eksklüziv məşqçilik təlimi keçəcək.
Apasport.az xəbər verir ki, tədbir fevralın 4-5-də Azərbaycan İdman Akademiyasında təşkil olunacaq.
Təlim həm biliklərini təkmilləşdirmək istəyən məşqçilər, həm də peşəkar inkişafı hədəfləyən idmançılar üçün nəzərdə tutulub.
İştirakçılar müasir oxatma texnikalarını öyrənmək və beynəlxalq standartlara uyğun təcrübə qazanmaq imkanı əldə edəcəklər.
- “Lənkəran”ın baş məşqçisi: “Bilmirəm, oyunçularıma nə deyim”
- II Liqa: “Xankəndi” və “Qaradağ Lökbatan”dan darmadağın
- Miro Varvodiç: “Mahir Emreli haqda ilk günkü fikrim hələ də dəyişməyib"
- Millinin baş məşqçisi: "Səfərə tam heyətlə yollana bilməyəcəyik"
- ÇL: “Fənərbaxça”nın oyunu almanlara həvalə olunub
0
0