Türkiyədə Coşqunun axşamı - VİDEO
10.12.2023 - 10:27
![Türkiyədə Coşqunun axşamı - VİDEO](https://ww3.apasport.az/storage/news/2023/december/10/big/65754ccc5c87465754ccc5c875170218618865754ccc5c87265754ccc5c873.jpg)
Türkiyə 1-ci liqasında 15-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, millimizin üzvü Coşqun Diniyevin formasını geyindiyi "Ümraniyəspor" doğma meydanda "Keçiörengücü"nü qəbul edib.
Coşqunun komandası rəqibinə 2:0 hesabı ilə qalib gəlib. 28 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb və 79-cu dəqiqədə əvəzlənib. Millimizin üzvü 71-ci dəqiqədə komandasının ikinci qolunu vurub.
Qeyd edək ki, bu nəticədən sonra "Ümraniyəspor" 18 xalla 11-ci pillədə qərarlaşıb.
0
0