Türkiyəli mütəxəssis Azərbaycan klubunu çalışdıracaq
15.06.2024 - 12:33
Azərbaycan II Liqası təmsilçisi "Füzuli"nin yeni baş məşqçisi açıqlanıb.
Apasport.az klubun mətbuat xidmətinə isitnadən xəbər verir ki, türkiyəli mütəxəssis İbrahim Uzunca əyalət təmsilçisini çalışdıracaq.
UEFA PRO kateqoriyalı məşqçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 62 yaşlı mütəxəssis 2011-ci ildən etibarən, fasilələrlə, "Lokomotiv Biləcəri", "Bakı" FK, "Şahdağ" Quba və "Xan Lənkəran" klublarında fəaliyyət göstərib.
Türkiyədə isə "Adana Demirspor", "Kayseri Erciyesspor", "Pozantı Genclik", "Kadirli Demir" və "Osmaniyespor" klublarının baş məşqçisi postunda çalışıb.
- Ronaldo Messini geridə qoydu – TARİXƏ DÜŞDÜ
- Bir gündə "Qarabağ" "Ayaks" matçına 18500 bilet satılıb
- "Qəbələ"nin sabiq məşqçisi dünyasını dəyişdi - FOTO
- “Qalatasaray” və “Beşiktaş”ın sabiq prezidentləri Burak Elmas və Fikrət Orman saxlanılıb
- Lemina ilə razılıq əldə olundu – "Qalatasaray" müqaviləni uzadır
0
0