Türkiyəli qapıçı Azərbaycan millisindən imtina etdi
24.11.2023 - 12:22

Göknur Güləryüz Azərbaycan millisində oynamaqdan imtina edib.
Apasport.az xəbər verir ki, bu haqda gənc futbolçunun şərəfini qoruduğu “Fənərbaxça” klubu rəsmi açıqlama verib.
Azərbaycandan da dəvət alan xanım qolkiper Türkiyə millisini seçdiyini açıqlayıb. Onun qarşıdakı günlərdə yığma komandanın təlim-məşq toplanışına cəlb olunacağı bildirilir.
Qeyd edək ki, Göknur Güləryüz ölkəmizin aşağı yaş qruplarından ibarət komandalarının şərəfini qoruyub.
- Gənc boksçular arasında Azərbaycan birinciliyi keçiriləcək
- ABL: “Sabah”dan inamlı qələbə
- Qvineyada hakimin qərarı 100 nəfərin ölümünə səbəb olub
- "Roma" və "Xəzər Lənkəran"ın sabiq üzvü: “Qarabağ” bir futbol komandasından daha artıqdır, görünür ki, orada əsl ailə qurublar"
- “Neftçi”dən derbi qələbəsi, “Sumqayıt” qola həsrətdir - YENİLƏNİB
0
0