U-17 millimiz məğlub oldu
02.05.2024 - 21:49
![U-17 millimiz məğlub oldu](https://ww3.apasport.az/storage/news/2024/may/02/big/6633d27b9004f6633d27b9005017146722516633d27b9004d6633d27b9004e.jpeg)
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millimiz Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində ilk oyununu keçirib.
Apasport.az xəbər verir ki, yığmamız start görüşündə meydan sahiblərinə uduzub.
ABFF Təlim-Məşq Mərkəzində keçirilən oyunda futbolçularımız 1:3 hesabı ilə məğlub olublar. Komandamızın heyətində yeganə qola 68-ci dəqiqədə penaltidən Ayşən Salamzadə imza atıb.
Turnirin bu gün keçirilən digər görüşündə Türkiyə Qazaxıstan yığmasına 5:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, U-17 mayın 4-də Qazaxıstan, mayın 7-də isə Türkiyə yığması ilə görüşəcək.
0
0