U-17 millimizin rəqibləri müəyyənləşib
03.05.2024 - 16:22
![U-17 millimizin rəqibləri müəyyənləşib](https://ww3.apasport.az/storage/news/2024/may/03/big/6634d5f282cdf6634d5f282ce017147386746634d5f282cdd6634d5f282cde.jpg)
Azərbaycanın 17 yaşadək oğlan futbolçulardan ibarət milli komandasının Avropa çempionatının ilkin seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, yığma Macarıstan, Yunanıstan və Rumıniya kollektivləri ilə 6-cı qrupda mübarizə aparacaq.
İlk raundun oyunları iyulun 1-dən noyabrın 19-dək mini-turnir formatında keçiriləcək.
0
0