U-19 millimizin rəqibləri açıqlandı
07.06.2024 - 15:57
![U-19 millimizin rəqibləri açıqlandı](https://ww3.apasport.az/storage/news/2024/june/07/big/6662f149ad9386662f149ad93917177603296662f149ad9366662f149ad937.jpg)
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının 2024/2025 mövsümünün I mərhələsindəki rəqibləri bəlli olub.
Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu gün təşkil edilən püşkatma mərasimində B Liqasında yer alan millimiz İsveçrə, Estoniya və Kipr yığmaları ilə 5-ci qrupda mübarizə aparacaq.
İyuldan dekabrın əvvəlinədək baş tutacaq oyunlardan sonra qrup qalibləri və ən yaxşı ikinci yerin sahibləri A Liqasına vəsiqə əldə edəcəklər.
0
0