U-19-un seçmə mərhələdəki oyunlarının vaxtı müəyyənləşib
06.05.2024 - 13:29
![U-19-un seçmə mərhələdəki oyunlarının vaxtı müəyyənləşib](https://ww3.apasport.az/storage/news/2024/may/06/big/66389fe282ea766389fe282ea8171498697866389fe282ea566389fe282ea6.jpg)
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının 2024/2025 mövsümü üzrə seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
7-ci qrupda yer alan U-19 noyabrın 13-də İrlandiyanın, 16-da İslandiyanın, 19-da isə Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək. Qrup mərhələsinin görüşləri Moldovada baş tutacaq.
0
0