Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.
Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Üç futbolçu - Xəyal Fərzullayev ("Sumqayıt"), Qurban Səfərov ("Şamaxı") və Elcan Əbilov ("Neftçi") heyətdən kənarlaşdırılıb. Buna onların nizam-intizam qaydalarını pozması səbəb olub. Baş məşqçi Miloş Velebitin qərarı ilə onlar komandadan ayrılıb. Əvəzində "Qəbələ" klubunun üzvü - qapıçı Məmməd Muradov heyətə cəlb olunub.
Qeyd edək ki, U-19 iyunun 7-də və 10-da Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.
- "İmişli"nin futbolçusu dopinq otağının qapısını sındırdı - FOTO
- ÇL: Həftənin oyunçusu adına namizədlər açıqlanıb
- Qurban Qurbanovun hansı müdafiəçiyə qarşı oyunu alınmayıb?
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- Millimiz Gürcüstan yığması ilə birgə təlim-məşq toplanışında iştirak edir