Üç parataekvondoçumuz Qran-pridə
29.08.2023 - 16:01
![Üç parataekvondoçumuz Qran-pridə](https://ww3.apasport.az/storage/news/2023/august/29/big/64eddcfe91e7864eddcfe91e79169331020664eddcfe91e7664eddcfe91e77.jpg)
Parataekvo üzrə Azərbaycan milli komandası Fransada Qran-pridə iştirak edəcək.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti açıqlayıb.
Baş məşqçi Fərid Tağızadə G6 kateqoriyalı yarışda yığmanın 3 üzvünə şans verəcək. Avqustun 30-da keçirilək Qran-pridə Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) mübarizə aparacaq.
Qeyd edək ki, hər 3 parataekvondoçu K-44 kateqoriyasında qüvvəsini sınayacaq.
0
0