Misli Premyer Liqasında mövsümün 3-cü het-triki qeydə alınıb. “Qarabağ”ın futbolçusu Leandro Andrade XXX turun “Səbail”lə görüşündə 3 qola imza atıb.
Portuqaliyalı yarımmüdafiəçiyə qədər yalnız Davit Volkov het-trik müəllifi olub. “Zirə”nin hücumçusu I turda “Səbail”, XV turda “Sumqayıt”ın qapısına 3 dəfə yol tapıb. Maraqlıdır ki, het-trik qeydə alınan hər üç qarşılaşma 4:1 hesabı ilə başa çatıb.
Volkovun 3 qol vurduğu matçlar ev oyunları olub və 2024-cü ilə təsadüf edib. Andrade cari mövsümdə səfərdə het-trik edən ilk oyunçudur. O, həm də 2025-ci ildə bunu bacaran ilk futbolçu olub.
- “Barsa” autsayderə rəhm etmədi
- Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə finalçılar bəlli olub
- Mark Tamaş: "İlk oyunu səbirsizliklə gözləyirəm" - VİDEO
- Rauf Əliyev: "Molde" və "Hakken"lə səfərdə qazanılacaq xallar çox vacibdir" – Müsahibə
- İslam Oyunları: İdmançılarımız 3 növdə mübarizə aparacaqlar