UEFA Hakimlər Komitəsi AÇ-2024-ün 1/4 final mərhələsində Almaniya – İspaniya matçının 106-cı dəqiqəsində almaniyalı yarımmüdafiəçinin zərbəsindən sonra baş vermiş epizodda penalti təyin edilməməsini səhv hesab edib.
Apasport.az xəbər verir ki, bu barədə “Relova” nəşri məlumat yayıb.
Camal Musialanın zərbəsindən sonra top cərimə meydançasında ispaniyalı müdafiəçi Mark Kukurellanın əlinə dəyib. Matçın baş hakimi Entoni Teylor penalti təyin etməyib.
UEFA Hakimlər Komitəsinin qənaətinə görə, bu zaman müdafiəçi bədənə çox yaxın olmayan əli ilə qapıya zərbəni dayandırır, ona görə də, penalti təyin olunmalı idi.
UEFA-nın ən son qaydalarına görə, qapıya zərbəni dayandırmaq, topa əllə təmasda olmaq daha sərt cəzalandırılmalı və penalti verilməlidir.
Oyun İspaniya millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
- Bəhlul Mustafazadə: "Bakıda daha yaxşı nəticə göstərəcəyimizə inanırdıq"
- Rusiya polisi Kadinin zədələnməsi ilə bağlı araşdırmaya başladı
- Zaur Həşimov: “Ən pis halda Konfrans Liqasına getmək olar” - MÜSAHİBƏ
- Millimizin baş məşqçisi türk olacaq - Bülent Qorxmaz adı ön planda...
- Azərbaycanın 13 cüdoçusu Qüdsdə yarışacaq - HEYƏT