![UEFA-dan Azərbaycan klublarına 1,9 milyon avro](https://ww3.apasport.az/storage/news/2023/february/16/big/63edf362de8a663edf362de8a7167653872263edf362de8a463edf362de8a5.jpg)
Azərbaycan klubları UEFA-dan növbəti vəsaiti alıb.
Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində 2021/22-ci il mövsümü üçün ayrılmış maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb. Ümumilikdə 1 milyon 899 min 996 avro ödənilib.
Vəsait ötən mövsüm Premyer Liqada oynamış və avrokuboklarınq qrupuna düşməyən klublara verilib.
“Neftçi” – 271.428 avro
“Zirə” – 271.428 avro
“Qəbələ” – 271.428 avro
“Sabah” – 271.428 avro
“Sumqayıt” – 271.428 avro
“Şamaxı” – 271.428 avro
“Səbail” – 271.428 avro