UEFA-dan “Qarabağ”a 1,3 milyon avro
06.11.2023 - 15:00

UEFA Azərbaycan çempionu “Qarabağ”a növbəti ödəniş edib.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Təmsilçimizin büdcəsinə Avropa Liqasının qrup mərhələsində qazandığı iki qələbə üçün vəsait daxil olub. Ağdam klubu həm də turnirdə iştirakla əlaqədar bonus alıb.
UEFA tərəfindən kluba 1 milyon 320 min 105,00 avro ayrılıb. Bu maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.
- Pley-off görüşlərinin oyun cədvəli bəlli olub
- “Neftçi”nin “Aris”lə oyununu yayımlayacaq telekanal dəqiqləşdi
- Şakira Pikeyə mahnı oxudu: “Sənin kimi oğlanlar üçün deyiləm”
- Gənc cüdoçularımız beynəlxalq təlim-məşq toplanışına qatılıblar
- Murad Allahverdiyev Avropa Oyunlarında 1/8 finala yüksəldi - FOTO
0
0