![UEFA Millətlər Liqası turnirinin püşkatma mərasimi keçiriləcək](https://ww3.apasport.az/storage/news/2024/february/06/big/65c1f890ab92c65c1f890ab92d170721089665c1f890ab92a65c1f890ab92b.jpg)
Fevralın 8-də Fransanın paytaxtı Parisdə UEFA Millətlər Liqası turnirinin 2024/25-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək.
Apasport.az xəbər verir ki, püşkatma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
C Liqasının 2-ci səbətində qərarlaşan milli komandamızın potensial rəqibləri məlumdur.
Millimiz 1-ci səbətdən Rumıniya, İsveç, Ermənistan, Lüksemburq, 3-cü səbətdən Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr, 4-cü səbətdən isə Belarus, Estoniya, Latviya, Litva/Cəbəllütariq cütünün qalibi olacaq komandalardan formalaşacaq qrupda yer alacaq.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C liqasının, 1-ci səbətində yer alan Ermənistan millimizə rəqib ola bilməz.