UEFA millimizin matçında səhv edildiyini qeydə alıb
21.11.2024 - 13:47
Millətlər Liqasında İsveçin Azərbaycanı məğlub etdiyi matçda (6:0) Aleksandr İsakın qolu ofsayd səbəbindən ləğv edilib.
Apasport.az xəbər verir ki, UEFA ləğv edilən bu qolda VAR-da ofsayd xəttinin səhv çəkildiyini qəbul edib.
Matçın birinci hissəsinin əlavə vaxtında Aleksandr İsak qapıya yol tapsa da, oyundankənar vəziyyət səbəbindən qol ləğv edilib.
Qeyd edək ki, B Liqasına yüksələn İsveçin qollarından 4-ü Viktor Qyökereş, digər iki qolu isə Deyan Kulusevski vurub.
- Kasilyas açıq danışdı: "Mourinyonu "Real"da istəmirəm"
- Regekampf: "Yaxşı pulun olsa da, komandan yaxşı olmaya bilər"
- Qurban Qurbanov: "Onlar qalib gəlibsə, demək bizdən üstün idilər"
- Cüdoçularımız dünya çempionatına hazırlığı davam etdirir - FOTOLENT
- “Qarabağ”ın rəqibi daha bir isveçli transfer edir
0
0