UEFA ötən mövsümün ən yaxşı futbolçusu və baş məşqçisi adına namizədlərin adlarını açıqlayıb.
Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, hər iki nominasiya üzrə 3 namizəd qalıb.
Ən yaxşı futbolçu olmağa iddiaçılar “Real”ın qapıçısı Tibo Kurtua, hücumçusu Kərim Benzema və “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruynedir.
Karlo Ançelotti (“Real”), Pep Qvardiola (“Mançester Siti”) və Yurgen Klopp (“Liverpul”) isə ən yaxşı baş məşqçi mükafatına namizəddir.
Qeyd edək ki, qalibin adı avqustun 25-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- “Turan Tovuz”un Serrano planı: QƏRAR VERİLDİ
- Nazim Əliyev: "Azərbaycan çempionatında yüksək yerləri həmişə yerli məşqçilərimiz tutub" - MÜSAHİBƏ
- "Trabzonspor" - "Fənərbaxça" matçının hakimi bəlli oldu
- Boksçumuz İslam Oyunlarını gümüş medalla başa vurdu - FOTO