UEFA-nın "C" kateqoriyalı məşqçi kursunun I modulu BAŞA ÇATIB
05.04.2024 - 20:42
![UEFA-nın "C" kateqoriyalı məşqçi kursunun I modulu BAŞA ÇATIB](https://ww3.apasport.az/storage/news/2024/april/05/big/66101757cb79766101757cb798171233058366101757cb79566101757cb796.jpg)
AFFA-nın Təhsil və Reabilitasiya mərkəzində UEFA-nın "C" kateqoriyalı məşqçi kursunun I modulu başa çatıb.
Apasport.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, İlham Əzizzadə, Fərid Namazov, Xanlar Əliyev və Dəyanət Əliyevin rəhbərlik etdiyi ilk mərhələyə aprelin 2-də start verilmişdi.
Kursun ikinci mərhələsi aprelin 16-dan 19-dək, üçüncü mərhələsi aprelin 30-dan mayın 3-dək, dördüncü mərhələsi isə mayın 20-dən 25-dək davam edəcək.
0
0