Ümid Rüstəmov 1/16 final səddini adlaya bilmədi
23.06.2023 - 15:47
![Ümid Rüstəmov 1/16 final səddini adlaya bilmədi](https://ww3.apasport.az/storage/news/2023/june/23/big/6495865b5b15e6495865b5b15f16875208596495865b5b15c6495865b5b15d.gif)
Azərbaycan boks yığması Krakov-2023 III Avropa Oyunlarında mübarizəyə qoşulub.
Apasport.az saytının məlumatına görə, ilk təmsilçimiz Ümid Rüstəmov 1/16 final mərhələsinin döyüşünə çıxıb.
57 kq çəkidə mübarizə aparan boksçumuz Ronald Veres (Macarıstan) ilə görüşüb. Təmsilçimiz 0:5 (27:29, 27:29, 27:29, 27:29, 26:30) hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, bu gün daha bir boksçumuz rinqə çıxacaq. Malik Həsənov (63,5 kq) ilk döyüşdə Bartlomey Roskoviç (Polşa) ilə qarşılaşacaq.
0
0