Uruqvaylı futbolçu İspaniya vətəndaşlığı aldı
08.03.2023 - 19:58
![Uruqvaylı futbolçu İspaniya vətəndaşlığı aldı](https://ww3.apasport.az/storage/news/2023/march/08/big/6408ad136bc866408ad136bc8716782901956408ad136bc846408ad136bc85.jpg)
"Barselona"nın mərkəz müdafiəçisi Ronald Arauxo İspaniya vətəndaşlığı alıb.
Apasport.az xəbər verir ki, Uruqvay millisinin futbolçusu İspaniya vətəndaşı olmaq üçün 2022-ci ilin dekabrında təsdiq alıb. O, ötən həftə vətəndaşlıq üçün lazımi sənədlərini əldə edib.
Qeyd edək ki, atası Uruqvaydan, anası Braziliyadan olan Ronald Arauxo 2018-ci ildən İspaniyada oynayır və vətəndaşlıq almaq üçün 5 ilini tamamlayıb.
0
0