Üzgüçümüz Sofiyada qızıl medal qazanıb
08.07.2025 - 22:54

Bolqarıstanda keçirilən 12-ci Sofiya Suya Tullanma Kubokuna start verilib.
Apasport.az xəbər verir ki, ilk yarış günündə D qrupunda mübarizə aparan yeniyetmələrdən ibarət milli komandamızın üzvü Maqsud Tahirli 5 metrlik platformadan tullanışda bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.
Qeyd edək ki, yarışda 11 ölkədən 160-dan çox yeniyetmə idmançı iştirak edir.
0
0