V Autizm Festivalı keçirilib
18.05.2025 - 12:31
V Autizm Festivalı keçirilib

17 may 2025-ci il tarixində paytaxtın Fəvvarələr meydanında Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Autizm Assosiasiyasının və Azfest Group-un təşkilatçılığı ilə V Autizm Festivalı keçirilib.

Apasport.az xəbər verir ki, festivalı keçirtməkdə məqsəd ictimaiyyətin diqqətini bu problemə cəlb etməkdir.

Festivalda bu sahədə çalışan 30-a yaxın mərkəz və təşkilatlar öz fəaliyyətlərini iştirakçılara nümayiş etdiriblər.

Festivalda millət vəkilləri, vətəndaş cəmiyyəti nümayəndələri, məşhurlar və autizmli ailələr iştirak ediblər.