Valdas Dambrauskas: “Oynamaq asan deyildi”
17.05.2026 - 20:45
Valdas Dambrauskas: “Oynamaq asan deyildi”

Misli Premyer Liqasının XXXII turunda "Neftçi" "Sabah"ı məğlub edib - 2:1.

Apasport.az xəbər verir ki, matçdan sonra "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.

"Hesab edirəm ki, kuboku da qazandıqdan sonra emosiyalarımızı tam qoyduqdan sonra bu matçda oynamaq asan deyildi. Lakin futbolçularım əllərindən gələni etdilər. Rəqibimiz son vaxtlar ən yaxşı formada olan komanda idi. Oyun içərisində rəqiblə başa-baş mübarizə apardıq. Bu gün heç də bir-birindən çox fərqlənməyən 2 komanda izlədik. İndi də gedirik çempionluğumuzu qeyd etməyə. Hər kəsə təşəkkür edirəm".