Vaqif Cavadov autsayder komandaya baş məşqçi təyin olundu
21.04.2023 - 20:40
![Vaqif Cavadov autsayder komandaya baş məşqçi təyin olundu](https://ww3.apasport.az/storage/news/2023/april/21/big/6442bcb3cce7b6442bcb3cce7c16820952836442bcb3cce796442bcb3cce7a.jpg)
"Sumqayıt"ın U-19 komandasının baş məşqçisi Vaqif Cavadov “Sumqayıt-2”nin baş məşqçisi təyin olunub.
Apasport.az xəbər verir ki, Cavadovla növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, 2016-cı ildə futbolçu kimi “Sumqayıt” FK-nın heyətində 29 oyun keçirib, 6 dəfə rəqib qapılarına yol tapmış Vaqif Cavadov bu klubun U-19 komandasının baş məşqçisi postunda keçirdiyi 27 oyunda 14 qələbə, 4 heç-heçə və 9 məğlubiyyət əldə edib.
Onu da bildirək ki, onun yeni komandası I divizionda 13 xalla sonuncu – 15-ci sıradadır.
0
0