![Vasili Berezutski: “Bir az üstünlüyümüz var idi”](https://ww3.apasport.az/storage/news/2025/january/19/big/678d2ec5f3c22678d2ec5f3c231737305797678d2ec5f3c20678d2ec5f3c21.jpeg)
Misli Premyer Liqasının XIX turunun “Neftçi” – “Sabah” matçından (1:1) sonra qonaqların baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı keçirilib.
"Bir az üstünlüyümüz var idi. Amma təəssüf ki, qalib gələ bilmədik. Amma daha da artırmağa çalışacağıq".
- Elvin Camalov o qədər pis vəziyyətdədir ki, onun əvəzinə mərkəz müdafiəçisi oynayır?
- bu gün Sofian tapşırdığımız mövqedə çox xoşuma gəldi. Mövqe seçimi, bu zonadakı hərəkətliliyini xoşladım. İstədiklərimizi həyata keçirdi. Elvin hələki hazır deyil.
- Düşünmürsüz ki, komandanın zəif nöqtəsi yarımmüdafiə xəttidir və transferlər o zona üçün ediləcək?
- Qış və ya yay, skautlarımız işləyirlər. Axtarışlarımız var. Çox istəyərdik ki, bütün mövqelərə oyunçu transfer edək. Rəqabəti artırar.