Veşoviçin cəzası bəlli oldu
31.01.2024 - 15:31
“Qarabağ”ın futbolçusu Marko Veşoviç cəzalandırılıb.
Apasport.az xəbər verir ki, 32 yaşlı müdafiəçi Avropa Liqasının qrup mərhələsinin VI turunun “Haken”lə oyununda qırmızı vərəqə almışdı.
Monteneqro millisinin də şərəfini qoruyan futbolçunun hərəkəti UEFA tərəfindən dəyərləndirilib. Qurumun mətbuat xidmətinin açıqlamasında Veşoviçin qarşıdakı oyunda “köhlən atlar”a köməklik edə bilməyəcəyi bildirlir. Bu isə o deməkdir ki, o, yarışın pley-off mərhələsinin “Braqa” ilə Portuqaliyadakı görüşünü buraxacaq.
Qeyd edək ki, “Braqa” – “Qarabağ” matçı fevralın 15-də keçiriləcək.
- Danışılmış oyunlarla bağlı seminar keçirilib - FOTO
- Millətlər Liqasını İspaniya qazandı
- Azərbaycan – Qazaxıstan oyununa MAKSİMin PROQNOZU
- Azərbaycanda keçiriləcək III MDB Oyunları üzrə Təşkilat Komitəsi yaradılıb - SƏRƏNCAM
- Adrian Mutu: "Beşiktaş"la matçda 2 top fərqini aradan qaldırmalıyıq" - MÜSAHİBƏ
0
0