
UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün Estoniya çempionu “Sillamae Silla” ilə qarşılaşan “Araz-Naxçıvan” böyükhesablı qələbə qazanıb.
Apasport.az xəbər verir ki, yerə rəqib qapısından 7 top keçirən ölkə çempionu qapısını toxunulmaz saxlayıb. Matçdan sonra “qırmızı-ağlar”ın baş məşqçisi Vitali Borisov azfutzal.az saytına açıqlama verib.
O, oyunlarında inkişaf olduğunu bildirib: “Dünənki oyunla müqayisədə bu gün daha yaxşı oynadıq. Oyunumuzda sürət artmışdı. Düzdür, yenə qol epizodlarından istədiyimiz qədər faydalana bilmədik. Rəqibin də 4-5 qol epizodu oldu, amma qapıçılarımız yaxşı oynadı. Son addım qalıb. İnşallah, bu iki oyunda qaçırdığımız epizodları “Uddevalla” matçda realizə edərik”.
Qeyd edək ki, ilk oyunda Şimali İrlandiyanın “Sparta Belfast” klubuna 7:1 hesabı ilə qalib gələn "Araz-Naxçıvan" avqustun 24-də İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq.
- Bədii gimnastika üzrə qrup hərəkətləri komandası vətənə dönüb - FOTO
- “Qalatsaray”ın seriyası təkrarlandı, “Milan”dan antirekord
- Fərrux Mahmudov: "Neftçi"də əsaslı və perspektivli işlərə imza atdıq"
- Gimnaziadada çıxış edəcək şahmatçılarımız açıqlanıb
- Aqil Nəbiyev: "Uşaqlar buna görə əziyyət çəkirlər"