Dekabrın 17-dən 24-dək Bakıda şahmat üzrə keçiriləcək “Vugar Gashimov Memorial”ının bütün iştirakçıları bəlli olub.
Apasport.az saytının xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Riçard Rapport (Rumıniya), Qukeş Dommaracu (Hindistan) və Nodirbek Abdusattorovun (Özbəkistan) ardınca Van Hao (Çin), Valeho Pons (İspaniya), Semuel Şenklend (ABŞ) və Abdulla Qədimbəyli (Azərbaycan) də turnirdə iştiraklarını təsdiqləyiblər.
Beləliklə, turnirdə 7 ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edəcək. Memorial rapid və blits üzrə təşkil olunacaq.
- "Sərhədçi"nin baş məşqçisi: "Oyunçularımızın üst səviyyəyə çatacağına inanıram"
- “Turan Tovuz” liderlə xal fərqini minimuma endirdi - YENİLƏNİB
- İkinci Liqa: "Qusar" "Ağdaş"a, "Şəmkir" isə "Füzuli"yə qarşı
- AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib - QƏRARLAR
- Avropa Liqası: Türkiyə klublarının səfər sınağı