Vüsal oynadı, "Boluspor" qələbə qazandı
30.01.2024 - 00:55
![Vüsal oynadı, "Boluspor" qələbə qazandı](https://ww3.apasport.az/storage/news/2024/january/30/big/65b810ec47ab865b810ec47ab9170656177265b810ec47ab465b810ec47ab6.jpg)
Türkiyə I Liqasında 20-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" səfərdə "Şanlıurfaspor"la üz-üzə gəlib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Vüsal İsgəndərli də bu görüşün iştirakçısı olub. 28 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 90-cı dəqiqədə əvəzlənib.
Xallarını 29-a yüksəldən "Boluspor" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
0
0