Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı il üçün müəyyənləşdirdiyi qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix açıqlanıb.
Bu barədə "apasport"a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.
Qaydalar 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək. Siyahı Azərbaycan dilinə tərcümə olunub. Qadağan edilmiş maddələrin siyahısı ilə yanaşı, əsas dəyişikliklərin xülasəsi və monitorinq proqramı da tərcümə edilərək AMADA-nın rəsmi internet səhifəsində yerləşdirilib.
Siyahı üç hissədən - hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan edilmiş maddələr və üsullar və müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir.
- Əhmədzadə erməni rəqibi üzərində inamlı qələbə ilə növbəti mərhələdə
- "Mançester Siti"nin keçmiş ulduzu Premyer Liqaya qayıda bilər
- Paris-2024: Boksçumuz final görüşünə çıxacaq - günün proqramı
- Nikolas Raysel: “Qarabağ” “Gent”lə oyunun favoritidir”
- "Qəbələ"yə qayıtmaq təkcə məndən asılı deyil" - MÜSAHİBƏ