“Qələbə bizim üçün çox vacib idi”.
Apasport.az xəbər verir ki, bunu Avropa Liqasının “Bayer” - “Qarabağ” oyunundan sonra ev sahibi komandanın baş məşqçisi Xabi Alonso deyib.
O, matçla bağlı fikirlərini bölüşüb. 42 yaşlı ispaniyalı mütəxəssis oynadıqları oyundan razı qalıb: “Komandam bu gün istədiyinə nail oldu. 3 xal qazandığımız üçün xoşbəxtəm. Bakıda keçiriləcək qarşılaşmada qalib gələrək, qrupdan çıxmağı təmin etmək istəyirik. Lakin bilirik ki, Azərbaycan səfəri bizim üçün çətin olacaq”.
Qeyd edək ki, “Bayer” – “Qarabağ” qarşılaşması almanların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
- Tennisçilərimiz Avropa çempionatında növbəti mərhələyə yüksəliblər
- “Qarabağ” avrokubok təcrübəsinə görə “Lex”i üstələyir” - PROQNOZ
- Bakıdakı dünya çempionatında 10 dəst medal öz sahibini tapdı - FOTOLENT
- Felipe Santos: “Final oyunu tortun üzərində əskik olan kremdir” - MÜSAHİBƏ
- "Barselona" "Bavariya"nın futbolçusunu istəyir