"Qarabağ"ın dekabrın 21-də ölkə kubokunun 1/8 final mərhələsinin MOİK-lə görüşünü Xankəndidə keçirəcəyi haqda xəbər vermişdik.
Apasport.az xəbər verir ki, görüşlə bağlı bir neçə yenilik də məlum olub.
Bu görüşdə azarkeşlərin iştirakı sual altında idi. Artıq bu məsələyə də aydınlıq gəlib. Xankəndi şəhər stadionunda azarkeşlər də öz yerini tutacaq.
Bu matça azarkeşlərin aparılmasına da qərar verilib. Amma hələlik azarkeşlərin tam sayı konkretləşməyib. Oyuna nə qədər biletin satışa çıxarılacağı və bunun necə həyata keçiriləcəyi tam dəqiqləşməyib. “Qarabağ” – MOİK qarşılaşmasına bilet satışının yaxın vaxtlarda elan oluna biləcəyi gözlənilir.
- Güləşçimiz yarımfinala yüksəlib
- Canni de Byazi: "Əsas odur ki, göydə uçmasınlar, ayaqları yerdə qalsın" - MÜSAHİBƏ
- “Adana Demirspor”dan növbəti qələbə, “Başakşehir” xal itirdi
- “Sərhədçi”nin baş məşqçisi: “Bütün oyunçuların motivasiyası yüksəkdir"
- İngiltərə Liqa Kuboku: “Arsenal” finalın bir addımlığında