Çempionlar Liqasında uğursuz mövsüm keçirən “Barselona”nın Avropa Liqası ilə bağlı planları bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunu klubun baş məşqçisi Xavi açıqlayıb.
O bildirib ki, əgər komandası qrupda üçüncü yeri tutsa, Avropa Liqasına barmaqarası yanaşmayacaq. Xavi bu turnirdə mübarizə aparan bütün komandalara, o cümlədən “Qarabağ”a meydan oxuyaraq kuboku qazanmaq istədiklərini gizlətməyib: “Biz mübarizəmizi Çempionlar Liqasında davam etdirmək istəyirik. Amma bu istəyimiz reallaşmasa, Avropa Liqasının qalibi olmaq üçün aslanlar kimi döyüşəcəyik. Xarakterimiz zəifləməməlidir. “El Klasiko”dakı məğlubiyyətdən “Vilyarreal” və “Atletik”lə matçları yaxşı keçirdik. Pley-offa çıxmasaq, özünəinamı itirməməliyik”.
Qeyd edək ki, hazırda 4 xalla qrup üçüncüsü olan “Barselona” “Bavariya”dan 8, “İnter”dən üç xal geri qalır. Şəxsi oyunlarda ispaniyalıları üstələyən sonuncular autsayder “Viktoriya”nı qəbul edəcək.
- Laurentsiu Regekampf: "Şanslardan yararlanmayanda məğlubiyyətə layiq olursan"
- “Zirə” – “Hayduk” oyununun biletləri satışa çıxarılıb
- “Beşiktaş” ispaniyalı müdafiəçi ilə maraqlanır
- "Sivasspor" - "Qalatasaray" matçının hakimi karyerasını bitirir? - MHK sədrindən açıqlama
- Rüfət Abbasov: "Son saniyədə buraxdığımız qolla "Qarabağ"a məğlub olmaq həqiqətən üzücüdür"