"Xәzәr Lәnkәran" stadionu tәmir olunacaq.
Apasport.az xəbər verir ki, bu barədə "Palmali"nin İstanbul ofisindәn "FutbolPress"ә mәlumat verilib.
Klubun himayәçisi olan "Palmali" şirkәtinin mәtbuat katibi Fidan Quliyeva: "Şirkәtin Bakı ofisinә bununla bağlı göstәriş verilib. Son hesablama işlәri aparılır, layihә-smeta dәyәri müәyyәnlәşdirilir".
Fidan xanım bildirib ki, stadionun tәmirinә mart ayında start verilәcәyi gözlәnilir.
Әn gözlәnilәn xәbәr isә "Xәzәr Lәnkәran"ın fәaliyyәtini bәrpa edib-etmәyәcәyidir.
Stadionda tәmir işlәrinin başlaması "Xәzәr Lәnkәran"ın fәaliyyәtini bәrpa etmәsi mәqsәdilәdir: "Әlbәttә, gәlәcәkdә klubun da fәaliyyәtini bәrpa etmәsi göstәrişdә әksini tapıb".
- Mehriban Əliyeva qızıl medal qazanan paralimpiyaçı Orxan Aslanovu təbrik edib
- ÇL-də həftənin futbolçusu adına namizədlər bəlli olub
- “D” kateqoriyalı məşqçi kurslarına start verilib
- "Araz Naxçıvan" - "Sumqayıt" oyunu bərabərliklə bitdi-yenilənib
- Braziliyalı futbolçu ömürlük futboldan kənarlaşdırıla bilər